Ermənistan siyasilərinin ikiüzlü siyasəti və Rusiya ilə "siçan-pişik" oyunu rəsmi Moskvanın əsəblərini tarıma çəkməkdədir...

Rusiyanın hesabına ömür boyu dotasiyaya oturmuş, ələbaxımlığa öyrəşmiş Ermənistan indi də Rusiyaya xəyanət etmək yolu tutub. Elə buna görədir ki, "Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır", -deyən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əlavə edib ki, amma Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. İki ölkənin liderləri buna razılıq vermişdilər. Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın yolu ətrafında vəziyyətin müzakirəsinə mane oldu".

Tezadlarr.az "Ria Novosti"yə istinadla bildirir ki, Zaxarova qeyd onu da deyib ki, Rusiya sülh müqaviləsi üçün platforma təqdim etməyə hazırdır. Amma rəsmi Moskva onu da yaxşı bilir ki, Ermənistan iki yol ayrıcında qalıb. Paşinyanın bir gözü Avropaya, o biri gözü isə Moskvaya baxır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN