Türkiyə Stokholmda Quranın yandırılması ilə bağlı təbliğat aktını pisləyib və İsveçdən xoşagəlməz hadisənin araşdırılmasını tələb edib.

Stokholmda Quranın yandırıldığı aksiyadan sonra Türkiyə İsveçdən ölkələrin NATO-ya daxil olması, xüsusən də terrorla mübarizə ilə bağlı Üçtərəfli Memorandumun razılaşmalarına əməl etməyi tələb edir və bu cür hərəkətlərə icazə verilməsini pisləyir. Eləcə də  Kürdüstan İşçi Partiyası (PKK) ilə bağlı qalmaqallı hadisəni araşdırmağa çağırıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Sitat: “Bu gün Stokholmun mərkəzində PKK-ya bağlı qrupların Türkiyəyə qarşı təbliğat fəaliyyətinə icazə verilməsini, Qurani-Kərimə edilən icazəli alçaq hücumdan dərhal sonra şiddətlə qınayırıq".

Bəyanatda, həmçinin qeyd edilir ki, nümayiş terror təşkilatlarının təbliğatının qarşısının alınmasına dair üçtərəfli memorandum üzrə İsveçin üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. “Üçtərəfli Memorandum çərçivəsində öhdəliklərin bəyan edilməsi və onların həyata keçirilməsi iki fərqli şeydir. İsveçdən üçtərəfli memorandum üzrə öhdəliklərinə uyğun olaraq, xüsusilə də terrorizmlə mübarizədə ritorikadan kənara çıxan konkret və təsirli addımlar üçün ümidlərimizi bir daha bildiririk”.

Bundan əvvəl Türkiyə İsveçin müdafiə naziri Pal Consonun yanvarın 27-də Ankaraya səfərini İsveç hakimiyyətinin Stokholmda Türkiyə əleyhinə etiraz aksiyalarının keçirilməsinə icazə verməsindən sonra ləğv etmişdi.

İsveç hakimiyyətindən hələki bu bəyanata reaksiya verməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN