ABŞ rəsmiləri Rusiya hava yollarının Amerika istehsalı olan təyyarələrin ölkəyə daxil olub-olmamasını dayandırması üçün Türkiyəyə təzyiq edir.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə The Wall Street Journal-a danışan ABŞ-ın rəsmiləri məlumat verib.
Belə ki, ötən ay ABŞ-ın yüksək rütbəli məmurları xəbərdarlıq etmişdilər ki, türklər Rusiya və Belarusa uçan ABŞ təyyarələrinə yanacaq doldurmaq və ehtiyat hissələri təmin etmək kimi xidmətlər göstərsələr, sonuncu dəfə tətbiq edilən ixrac siyasətini pozsalar, həbs cəzası, cərimələr, ixrac imtiyazlarının itirilməsi və digər cəzalarla üzləşə bilərlər.  Hətta nəşr yazır ki, ABŞ ticarət nazirinin müşaviri Thea Roseman Kendler bu mesajı dekabr ayında Türkiyəyə səfəri zamanı Türkiyə rəsmilərinə çatdırıb. Türkiyəyə  xəbərdarlığı ABŞ və müttəfiqlərinin uzunmüddətli perspektivdə Rusiyanı təcrid etməkdə uğur qazana biləcəyini və ya Moskvanın üçüncü ölkələrin köməyi ilə iqtisadi fəaliyyəti davam etdirməyin yolunu tapa bilməyəcəyini göstərən əsas sınaqdır.

Bütün hallarda bu məsələ Türkiyə üçün ciddi məsələdir. Lakin Türkiyənin bu məsələdə hələki mövqeyi və ABŞ-a cavabı yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN