Dünən Tbilisidə parlament binasının qarşısında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının ildönümü ilə əlaqədar Ukraynaya həmrəylik mitinqi keçirilib...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, aksiya “Bura Gürcüstandır – Yaşasın Qəhrəmanlar” adı ilə keçirilib. Aksiyada adi vətəndaşlar, siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri, müxtəlif universitetlərin tələbələri və Gürcüstanda yaşayan ukraynalılar iştirak ediblər. Aksiyada çıxış edən müxalifət üzvləri və bəzi QHT rəhbərləri Gürcüstan hökumətinin Ukrayna ilə bağlı tutduğu mövqeyiyini tənqid ediblər. Kiyevin meri Vitali Kliçko, eləcə də “Droa” partiyasının lideri Elena Xoştariya isə Kiyevdən canlı bağlanaraq mitinq iştirakçıları qarşısında çıxış ediblər. Paytaxtla yanaşı, vətəndaşlar həmrəylik nümayiş etdirmək üçün Batumi və Kutaisiyə də toplaşıblar.
Xatırladırıq ki, Rusiya bu müharibə ilə həm özünün hərbi potensialının nə qədər zəif olduğunu ortaya qoydu. Həm də müharibədə yüz minlərlə canlı qüvvə və hərbi texnikanı, silah-sursatını məhv etdi.
Nəhayət, Rusiya bu müharibə ilə dünyanın yüzə yaxın ölkəsinin sanksiyalarına məruz qalmaqla yanaşı, həmin ölkələrlə siyasi-diplomatik və ticari əlaqələrindən məhrum edildi...
A.Məmmədli