"Son vaxtlar hökumətin mövqeyi getdikcə qeyri-müəyyənləşir".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Bloomberg-ə müsahibəsində ölkə Prezidenti Salome Zurabişvili deyib. O, həmçinin bildirib ki, hakim partiya parlamentdə çoxluq təşkil etdiyi üçün onun vetosunu aşa bilirlər: "Hamı bilir ki, “Gürcü arzusu” Gürcüstan parlamentində çoxluq təşkil edir, ona görə də onlar təklif etdikləri hər şeyi həyata keçirə bilərlər və heç kim buna, hətta prezidentin vetosu da qarşı çıxa bilməz. Son günlər baş verənlər isə onu göstərdi ki, xalq nəyinsə ətrafında birləşsə, hətta parlament çoxluğuna da qalib gələ bilər. Ona görə də hesab edirəm ki, bu, bizim şansımızı artırdı və Gürcüstan cəmiyyətinin harada olduğunu çox aydın şəkildə göstərdi. Bütün sorğular 80% AB-yə dəstək göstərir və bu, insanların getmək, oxumaq istədiyi yerdir. Ona görə də əhalinin harada dayandığı çox aydındır. Hökumətin mövqeyi son vaxtlar getdikcə qeyri-müəyyənləşir, çünki onlar konstitusiyaya Avropa inteqrasiyasını, Avro-Atlantika prosesini daxil ediblər, elan ediblər ki, 2024-cü ildə namizədlik üçün müraciət etməliyik, lakin birdən əks istiqamətdə addım atırlar. Ona görə də onların mövqeyi aydın deyil, Gürcüstanın mövqeyi isə çox aydındır”.

Xatırladaq ki, hökumət tərəfindən təqdim edilən məlum qanun layihəsi ictimai rəy öyrənilmədən parlamentdə müzakirəyə çıxarılmışdır. Nəticə göz qabağındadır... İctimaiyyətin təzyiqi sayəsində hökumət layihəsini geri götürərək arxivə göndərdi... Bu kimə lazım idi???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN