Xəbər verildiyi kimi, ABŞ Gürcüstanın 4 hakiminin adını "qara siyahı"ya salaraq onlara sanksiya tətbiq edib...
Tezadlar.az Prezident Salome Zurabişvilinin aparatına istinadla bildirir ki, ölkə prezidenti ABŞ-ın dörd hakimə qarşı sanksiyaların ölkənin Avropa İttifaqına namizəd statusu almasına mane ola biləcəyindən ciddi narahatdır. O, bu barədə ABŞ səfiri Kelli Deqnan ilə görüşdən sonra keçirilən brifinqdə bildirib. Sitat: "Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiyaya məruz qalan digər ölkələrin siyahısına daxil edilib. Bu, Gürcüstanın avropalı tərəfdaşlarından ən vacib qərarı - namizəd statusunun verilməsini gözlədiyi anda baş verib. ABŞ-ın qərarının Avropada mənfi siqnal kimi qəbul ediləcəyindən ehtiyat edirəm”.
Prezident deyib ki, məhkəmə sistemində mümkün korrupsiya faktlarının araşdırılması və ya Ali Ədliyyə Şurasının tərkibinə yenidən baxılması kimi əməli addımların atılması lazımdır. Zurabişvilinin sözlərinə görə, ABŞ-ın sanksiya qərarı cəmi 4 nəfərə aid olsa da, ölkənin nüfuzuna xələl gətirir. O, bir daha bu qalmaqalda hökuməti qınayıb.
Ekspertlər də vurğulayır ki, bütün bunlar Saakaşvilinin barəsində çıxarılan son məhkəmə qərarından sonra başlayıb. ABş və difər ölkələr Saakaşvilinin sağlamlıq durumunu nəzərə alaraq onun xarici ölkə xəstəxanalarında müalicə etdirilməsində israrlıdır.
A.Məmmədli