Bugünkü səfər xüsusi əhəmiyyət kəsb edir.

İki ölkə arasında münasibətlər qarşılıqlı etimad və dəstəyə əsaslanır. İkitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var.

Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev bu gün Astanada media üçün təşkil olunmuş brifinq zamanı bildirib.

“Biz ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji sektorlarında əlaqələrin inkişafını müzakirə etdik. Biz mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi üçün də bir sıra razılaşmalar əldə etdik. Əminəm ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq”, - deyə Qazaxıstan Respublikasının lideri bəyan edib.

Həmçinin Prezident Tokayev diqqətə çatdırıb ki, razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycan üzərindən daşınıb.

“Növbəti addım tədarüklərin həcmini artırmaq və onları uzunmüddətli, sabit etməkdir. Fürsətdən istifadə edərək, bu mühüm təşəbbüsləri şəxsən dəstəklədiyinə görə Azərbaycanın rəhbəri, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm”, -deyə Kasım Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Tokayev “Biz ayrıca, iqtisadiyyatlarımız üçün yeni “artım nöqtələri” ola biləcək sıçrayışlı investisiya layihələrinin həyata keçirilməsinə diqqət yetirdik”, - deyə nəzərə çatdırıb .

Xatırladaq  ki, aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN