Saakaşvili həbsxanada saxlanıldıqca ona verilən beynəlxalq mükafatların da sayı artır...

Belə ki, həbsdə olan sabiq Prezident Mixeil Saakaşviliyə bu gün Polşanın ən ali mükafatlarından olan Prometey Mükafatı təqdim ediləcək. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Mixeil Saakaşvilinin "Facebook" hesabındakı paylaşımda bildirilib. Mükafat Saakaşviliyə azadlıq uğrunda mübarizəyə verdiyi töhfələrinə görə təqdim ediləcək. Təqdimat mərasimində iştirak məqsədilə müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Levan Xabeişvili Polşaya gedib. Mərasimdə Polşanın yüksək səviyyəli hökumət rəsmilərinin, eləcə də Ukrayna və Fransadan nümayəndə heyətlərinin dəvət edildiyi qeyd edilib.

Gürcüstan hakimiyyəti isə bu mərasimdən bərk pərtdir. Ekspertlər hesab edir ki, bu siyasi qalmaqala da gətirib çıxara bilər. Gürcüstanın sosial medialarında da belə rəylər yetərincədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN