Azərbaycanın Laçında xüsusi gömrük-keçid məntəqəsi yaratdıqdan sonra Paşinyana qarşı terror təhlükəsi artıb...
Ölkə mediasında Ermənistanın baş naziri Nikol Paşinyanın qorxduğu üçün özünün mühafizəsini daha da gücləndirdiyi barədə məlumatlar yer almaqdadır. Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Paşinyanın komandasında təşviş halları aydın görünməkdədir. Ermənistan parlamentinin üzvü Andranik Tevanyan isə feysbukdakı hesabında maraqlı açıqlama ilə gündəmə gəlib. O yazır: bildirib. “Nikol Paşinyan parlamentə gələndə bina yarımhərbi struktura çevrilir. İclas zalında mühafizə işçilərinin sayı praktiki olaraq deputatların sayına bərabərdir. Masalardan butulkalar yığılır. Bu zaman dəhlizlərdə qulaqlarında müxtəlif cihazlar olan insanlar qaçır”.
O, əlavə edib: “Nikol Paşinyan harasa gedəndə onun avtomobil karvanı regionun ən böyük və ən ölümcül korteji olur. Hamilə qadının ölümü ilə nəticələnən toqquşma buna sübutdur. Nikol Paşinyan Sisernakaberddə olarkən mühafizəçiləri güllərin arasında partlayıcı qurğu axtarırdılar. Nikol Paşinyan da Markesin məşhur romanındakı patriarx kimi qorxur. Qorxur, çünki nə etdiyini və nə edəcəyini çox yaxşı bilir. Nikol özünü mühakimə edib və bundan qorxur. O, öz sonunu Markesin başqa şah əsərində təsvir olunan variantda təsəvvür edir və bundan dəhşətə gəlir”.
Bax belə. İrəvanda vəziyyət bu dəfə ermənicə cərəyan edir, Zaman hər şeyi diqtə edir...
A.Məmmədli