Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunun qanı kimin boynjndadır, İranda bunu bilməmiş deyillər...

Biz hələ müsəlman İranın Ermənistanın 30 ildir işğalda saxladığı müsəlman Azərbaycanlıların hayına səs vermək əvəzinə işğaıçı Ermənistana dost və qardaşlıq yardımı etməsini demirik... Bunlar təəccüblü deyilmi? İndi rəsmi Bakı səfirliyimizə terror hücumundan və İranın siyasi və dini rəhbərliyinin ölkəmizə düşmən münasibətinin üstündən öz vətəndaşlarının bu ölkəyə səfərini niyə də istəməsin? Axı Almaniyada təhsil alan və İrana gələn kimi guya cəsusluq əməlinə görə həbs edilən Fərid Qabil oğlu Səfərlinin taleyini kim yaşamaq istəyər ki!?

XXX

Beləliklə, İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani Azərbaycan XİN-in bu yaxınlarda ölkə vətəndaşlarını İran-a səfər etməməyə çağırmasına təəccüblənib. Bu, iranlıların azərbaycanlı tələbə Fərid Səfərlini casusluq ittihamı ilə həbs etməsindən sonra baş verib. O, İsrail prezidentini İranla Azərbaycan arasında münasibətləri pozmaq cəhdində ittiham edib. Azərbaycan xalqı "azərbaycanlı qardaşlarına qucaq açan sivil və islam ölkəsi olan İrandan deyil, sinonist rejimdən qorxmalıdır", deyə o, öz Tvitter hesabında yazıb.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2022-ci ilin payızında İranın Azərbaycanla sərhəddə bir sıra hərbi təlimlər keçirməsindən və açıq şəkildə Ermənistanı müdafiə etməyə başlamasından sonra korlanıb. Yanvarın sonlarında Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı törədilib, səfirliyin bir əməkdaşı ölüb, iki nəfər yaralanıb. Sonradan Azərbaycan və İran XİN başçıları arasında bir sıra telefon danışıqları münasibətlərin normallaşmasına gətirib çıxarmayıb. 
Bəli, hər bir Azərbaycan vətəndaşı başının salamat qalması naminə İrana səfərdən çəkinməlidir. Ya İran bu təminatı verməlidir, ya da... 
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN