Belarus və Rusiya qarşısına sanksiyalar fonunda fəaliyyət strategiyası hazırlamaq və Avrasiya İqtisadi İttifaqını (Aİİ) gücləndirmək vəzifəsi qoyublar.

Tezadlar.az "Belorusiya həqiqətləri"nə istinadla bildirir ki, Özbəkistan və Qazaxıstan isə bu prosesə “qoşulmağa” hazırdır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Soçidə görüşü zamanı deyib. Lukaşenka deyib ki, ölkələr artıq istiqamət və atılacaq addımlar barədə qərar veriblər. O bir daha vurğulayıb ki, sanksiyaların ləğvinə və ya kənar yardıma ümid etməyə dəyməz. Sitat: “Ən əsası, biz nə edəcəyimizi və hansı istiqamətdə hərəkət edəcəyimizi bilirik. Təhlükəsizlik şuraları katiblərimizin görüşündə mən artıq açıq şəkildə demişəm: Rusiya və mən bu vəziyyətdə fəaliyyət planı üzərində düşünəcəyik. Ümid edirəm ki, sanksiyalar götürüləcək...".

Lukaşenko qeyd edib ki, onlar üçün əsas olan öz güclərinə diqqət yetirmək və öz fəaliyyət strategiyasını hazırlamaqdır. O, belə bir plan hazırlayarkən tərəfdaşların, o cümlədən Qazaxıstan və Özbəkistanın mütləq bu prosesə qoşulacağına əminliyini ifadə edib. Lukaşenko diqqəti cəlbedici şərait yaratmağa yönəldəcəklərini və müttəfiqliklərinin daha da güclənəcəyini vurğulayıb.

Lukaşenko başqa ölkələrin bu prosesə qoşulub-qoşulmayacağı barədə bir söz deməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN