Dünya ictimaiyyəti də bilir ki, Putinin Ukraynadakı müharibəsi NATO üzərində "yorğan davası" idi...

Elə ona görə də Avropa ölkələri Rusiyanın aqressivliyini önə çəkirlər. "...Putinin aqressiv meyli ilk dəfə Gürcüstanın işğalı zamanı üzə çıxdı və Ukraynanın genişmiqyaslı işğalı nəhayət Rusiya ilə konstruktiv əməkdaşlıq illüziyasını dayandırdı",- deyən NATO-nun baş katibi Yens Stoltenberq əlavə edib ki,  hazırda Qərbin əsas prioritetlərdən birincisi Rusiyanın təcavüzünə qarşı Ukraynaya yardımın davam etdirilməsidir. Sitat: "Hazırda kritik təhlükəsizlik anını yaşayırıq. Böyük dünya gücləri arasında rəqabət getdikcə artır. Putin müharibəni Avropaya qaytardı. Soyuq müharibədən sonra biz Rusiya ilə sülh münasibətlərinə ümid edirdik. Tədricən Rusiya prezidentinin davranışındakı aqressiv tendensiya nəticəsində bu ümidlər yox oldu. Qeyd olunan tendensiya əvvəlcə Rusiya ordusunun Gürcüstana müdaxiləsi zamanı, daha sonra isə Suriya (Hələb), Krım və Donbasdakı hərəkətlərində özünü göstərdi. Ukraynaya genişmiqyaslı işğal, nəhayət, Rusiya ilə konstruktiv əməkdaşlığa dair bütün illüziyaları puç etdi".

Bəli, Rusiyanın müharibə və hərb siyasətsizliyi nəinki bu ölkəni tarix boyu dost olmuş Ukrayna ilə, həm də özünü sanksiyalara ünvan etdi. İndi Rusiya faktiki uduzduğu müharibədə həm də böyük iqtisadi və hərbi itkilərini saymaqdadır, bu itkiləri isə bərpa etmək çox çətin olacaq. Ziyanın yarısından qayıtmaq isı hələ də gec deyil...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN