Nəhayət, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahının istifadə barədə fikirlərindən ciddi narahatlığını bildirib.
Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, Baydenin bəyanatı onun Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsini pisləməsindən az sonra verilib. Bundan əvvəl Bayden Putinin Rusiyanın ilk taktiki nüvə silahının Belarusda yerləşdirilməsi ilə bağlı bəyanatını “tamamilə məsuliyyətsizlik” adlandırmışdı. Amerika prezidenti Putinin nüvə silahından mümkün istifadəsindən narahat olduğunu vurğulayıb. Sitat: "Təxminən iki il əvvəl burada olarkən və Kolorado çayının quruması ilə bağlı narahatlığımı bildirəndə hamı mənə dəli kimi baxırdı... Mən Putinin taktiki nüvə silahından istifadə edə biləcəyindən narahat olduğumu bildirəndə də eyni şey oldu. Bu, real təhlükədir, qarşısı alınmalıdır...”.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının Belarusa çatdırılmasına başlandığını elan edib. Onun sözlərinə görə, bu silahların bəziləri ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atdığı atom bombalarından üç dəfə güclüdür.
Artəıq NATO rəhbərliyi bununla bağlı ciddi addımlar atmaqdadır. Ukrayna müharibəsi Rusiyaya "Ölüm, ya qalım" dilemmasından necə çıxmağın yolunu Belorusda nüvə arsenalı yerləşdirməyi diqtə etməkdədir. Bu isə dünya üçün təhlükədir...
A.Məmmədli