Rusiyanın Ukraynada apardığı müharibəsi nəticəsində İrpen şəhəri də böyük dağıntılara məruz qalıb...

Hazırda bu şəhərin bərpasına və evlərini tərk etmiş sakinlərin geri dönüşünə başlanılmaqdadır. Azərbaycan da Ukraynanın İrpen şəhərinin bərpasında iştirak edəcək. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevi qəbul edərkən deyib. Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Müharibə və köçkünlük, eləcə də viranəlik Azərbaycana yaxşı tanışdır. İndi bu ağrıları həm də Ukrayna yaşayır. Təəssüflər olsun ki, yalnış addımı ilə Ukraynanın şəhər və kəndlərini, iqtisadiyyatını viran qoymuş Rusiyanın siyasi rəhbərliyi hələ də bu mənasız müharibəni dayandırmaq barədə düşünmür.

Müharibə isə davam edir.
A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN