"Əgər 2008-ci ildə Gürcüstan NATO-nun üzvü olsaydı, nə müharibə, nə də Rusiya işğalı olmazdı. Bu isə təkcə Gürcüstanın deyil, həm də regional təhlükəsizlik problemlərini çətinləşdirdi".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri parlamentin sədri Şalva Papuaşvili deyib. Alyansın Gürcüstanla bağlı mövqeyində uzun müddətdir ki, dəyişiklik olmadığını deyən spiker sabiq Prezident Eduard Şevarnadzenin NATO-nun “açıq qapı” siyasəti ilə bağlı yarızarafat xəbərdarlığını xatırladaraq deyib: “Bizi qapının ağzında çox saxlamayın, küləkdən soyuqlaya bilərik”.

 Şalva Papuaşvili qeyd edib ki, 2008-ci ildə keçirilən Buxarest sammitindən sonra NATO-nun Gürcüstanın alyansa üzvlüyü ilə bağlı yanaşmasında çox az keyfiyyət dəyişikliyi olub və təşkilat sadəcə olaraq Gürcüstana üzvlüklə bağlı verdiyi vədini sammitdən sammitə təkrarlayır. Sitat: “2008-ci ildə alyans Buxarest sammitində Gürcüstanın NATO üzvü ola biləcəyini bəyan etdi, lakin həmin vaxtdan NATO-nun Gürcüstanın üzvlüyü ilə bağlı yanaşmasında keyfiyyat anlamında çox az dəyişiklik olub. Ötən onillik ərzində Gürcüstan demokratik institutlarını əsaslı şəkildə dəyişdirib, avtoritar idarəçilik sistemini geridə qoyub və müdafiə imkanlarını NATO standartlarına uyğunlaşdırıb. NATO isə üzvlüklə bağlı vədini sammitdən sammitə təkrarlayır”.

RAMİZ ƏHMƏDOĞLU

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN