Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək.

Bu barədə şənbə günü Ermənistan mətbuatı məlumat yayıb. "Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Kornidzora - Ermənistan Artsaxının girişində yola düşəcək", - Fransanın "Le Figaro" jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz Twitter hesabında yazıb. O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri AnnaHidalqo rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.("Turan").

Xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasının “Laçın dəhlizinin blokadadan çıxarılması haqqında” qətnamə layihəsini hazırlayır. Lakin ekspertlər bunu Fransanın erməni sevgisinin bariz nümunəsi sayaraq Makron hakimiyyətinin böyük siyasi səhvi adlandırırlar... Hansı ki, Ermənistan məlum problemlə bağlı BMT TŞ-da da məsələ qaldırmışdı. Amma sonda Ermənistanın və Fransanın bütün cəhdləri puça çıxmışdı. 

Odur ki, Makron hakimiyyətinin ermənilərə olan sonsuz sevgi və məhəbbətini başqa yerdə ifadə etməsi məsləhətdir. Ən vacibi, NATO üzvü və Avropada söz sahibi olan qardaş Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır, Qarabağa humanitar yüklər yalnız Azərbaycanın qanunları və siyasi qərarı əsasında mümkün ola bilər. Yol isə Ağdam-Xankəndi istiqamətində hər kəsin üzünə açıqdır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN