"Krımın azad olunması üçün quru əməliyyatlarına başlayacağıq”.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. O bildirib ki, yarımadanın Rusiya işğalından azad edilməsi uzaqda deyil: “Biz ərazilərimizi geri qaytaracağıq”. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.
Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, o cümlədən Krımın azad edilməsi ilə başa çatmalıdır.