"Avropa İttifaqının genişlənməsi artıq xəyal deyil - Aİ 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır".

Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Sloveniyanın Bled şəhərində keçirilən beynəlxalq strateji forumda deyib. Onun sözlərinə görə, Gürcüstan üzərinə götürdüyü öhtəlikləri yerinə yetirdiyi təqdirdə namizəd statusu veriləcək: “Keçən ilin iyun ayında biz Ukrayna və Moldovaya namizəd statusu verdik. Gürcüstan lazımi addımları atdıqda eyni statusu gözləyir. Beləliklə, indi genişlənmə artıq xəyal deyil. İrəli getmək vaxtıdır”. Onun sözlərinə görə, genişlənmə prosesi həm gələcək üzv dövlətlər, həm də Avropa İttifaqı üçün “çətin və bəzən ağrılı” olacaq: “Biz buna hazır olmalıyıq. Bu o deməkdir ki, növbəti uzunmüddətli büdcəyə ümumi məqsədlər daxil edilməlidir. Bu iddialıdır, lakin zəruridir. Bu, bizim ciddi əhval-ruhiyyəmizi göstərir”. Onun sözlərinə görə, bu, namizəd statusu ölkələr üçün təkan olacaq - islahatlara təkan olacaq, onların marağına, investisiyalarına və daha yaxşı qarşılıqlı anlaşmaya səbəb olacaq. Sitat: “Fürsətlər pəncərəsi açıqdır. Biz buna uyğun hərəkət etməliyik. Ona görə də genişlənmə məsələsi Avropa Şurasının növbəti sessiyalarında müzakirə olunacaq. Biz Ukrayna və Moldova ilə danışıqlara başlamaq üçün dəqiq mövqe tutacağıq. Mən həmçinin Bosniya-Herseqovina və Gürcüstanın da danışıqlar masası arxasında olacağını gözləyirəm”.

Rəsmi Kreml isə Gürcüstanla münasibətləri o həddə çatdırıb ki, artıq rəsmi Tbilisinin geriyə yolu yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN