“Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzulayırıq”.
Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, müharibənin qalibi, sülhün məğlubu olmaz: “Həmişə bu fikirdə olmuşuq”. R.T.Ərdoğan əlavə edib ki, rəsmi Ankara bunun üçün səylərini davam etdirir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.