Bazar ertəsi ABŞ İranın keçmiş prezidenti Mahmud Əhmədinejada və ölkənin kəşfiyyat nazirliyinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Turan-ın ABŞ-dakı müxbiri bildirib.

İki ölkənin məhbusların mübadiləsi haqqında razılıq əldə etməsindən sonra rəsmi olaraq açıqlanan sanksiyalar Levinson Qanununa (2020-ci ildə qəbul edilən bu qanun FKB-nin istefada olan agenti, İranda həbsdə saxlanıldığı zaman öldüyü ehtimal olunan Robert Levinsonun şərəfinə belə adlandırılıb) uyğun olaraq tətbiq edilib. Bu qanun ABŞ vətəndaşlarının girov saxlanılmasına görə məsuliyyət daşıyan şəxslərə yönəlib. 

Əhmədinejad ABŞ vətəndaşlarının girov götürülməsində və ya qanunsuz saxlanılmasında iştiraka görə məsuliyyətə cəlb edilmiş İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə dəstək göstərdiyinə görə təqiblərin obyektinə çevrilib.

"Əhmədinejad hakimiyyətdə olduğu dövrdə DİN İranın yüksək vəzifəli məmurlarının icazəsi ilə Bob Levinsonu oğurlayıb və saxlayıb. Rejimin Bobun başına nə gəldiyi haqqında hesabat verməkdən imtina etməsi onun ailəsinə və onun aqibəti ilə maraqlananlara dözülməz iztirablar yaşadıb", deyə dövlət katibi Entoni Blinken bildirib.

"İranı Bob Levinsonun saxlanıldığı andan ehtimal olunan ölümünə qədər başına gələnlər haqqında tam hesabat verməyə çağırırıq", deyə o, əlavə edib. 

İran kəşfiyyatı həmçinin 2005-2013-cü illərdə Əhmədinejadın prezidentliyi dövründə turistlər Şeyn Bauer, Coşu Fattal və Sara Şurdun saxlanılmasında iştirak edib. Sonradan üç turist sərbəst buraxılıb, Levinson hələ də itkin düşüb və öldüyü hesab olunur.

Blinken öz bəyanatında ABŞ vətəndaşlarının və digər əcnəbilərin girov götürülməsi və ya özbaşına saxlanılması da daxil olmaqla, ciddi sui-istifadələrə və ya insan hüquqlarının pozuntusuna görə məsuliyyət daşıdıqları və ya bu əməllərin iştirakçısı olduqları ehtimal olunan İranın üç hökumət məmuru üçün əlavə viza məhdudiyyətlərini də açıqlayıb. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN