Rusiyanın Abxaziyanın Oçamçir rayonunda öz hərbi dəniz donanması üçün baza yaratması yalnız Gürcüstan üçün deyil, bütün region üçün təhdiddir.

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla xəbər verir ki, bu sözləri ölkə Prezidenti Salome Zurabişvili məsələ ilə əlaqədar yaydığı bəyanatında bildirib. Dövlət başçısı Rusiyanın bu addımının Qara dəniz təhlükəsizliyi, tikintisi planlaşdırılan Anaklia dərin dəniz limanı və Gürcüstanın Avropaya yolu üçün böyük bir mina sahəsi olduğunu deyib: “Bu təxribat yalnız Gürcüstanı deyil, bütün region təhdid edir. Bu addımla Rusiya Qara dəniz regionunda nüfuzunu gücləndirmək və regionda hökmranlıq etməyə çalışır. Mən Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti dərhal buna cavab verməyə çağırıram”, - deyə Prezident vurğulayıb.
Xatırladaq ki, separatçı Abxaziya “respublikası”nın “prezidenti” Aslan Bjaniya Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinin Qara dəniz sahilində Rusiya Hərbi Dəniz Donanmasının yeni daimi bazası yaradılacağını açıqlayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN