İran İsraildə HƏMAS –ın terrorçu hücumunun  təşkilatçılarını “əl öpüşü” ilə qarşılayıb...

Belə ki, İranın Ali Rəhbəri HƏMAS hücumunun təşkilatçılarını “əllərini öpməyə” çağırıb.

İranın ali dini lideri Əli Xamenei bildirib ki, Tehran Fələstin HƏMAS yaraqlılarının İsrailə hücumunun təşkilatçılarının “əllərini öpür”.

 Bu barədə Reuters xəbər yayıb.

Xamneyi Həmas İsraillə müharibəyə başladıqdan sonra ilk çıxışında “Sionist rejimə qarşı hücum planlaşdıranların əllərini öpürük” deyib.

Onun fikrincə, baş verənlərə “sionist rejimin özünün hərəkətləri” səbəb olub.

Eyni zamanda, Tehran, İran liderinin vurğuladığına görə, HƏMAS-ın İsrailə hücumunda iştirak etməyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Yüzlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov da baş verənlərdən narahatlığını ifadə edib. O, bu barədə "X"da paylaşım edib.

 "Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", - deyə qeyd edib.

İsrailin “Aviv” telekanalının direktoru, İsraildə dərc edilən “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin TEZADLAR.AZ-a bildirib ki,  Qəzza zolağında “HƏMAS” silahlılarına aid olan 1 707 hədəfi vurub və bu qruplaşmanın təslim olmaqdan başqa çıxış yolu yoxdur.

Qeyd edək ki, oktyabrın 9-da “Həmas” İsrailin Qəzzanı bombalamasına cavab olaraq girovları edam etməklə hədələyib. Bldiriblər ki, mülki evlərin əvvəlcədən xəbərdarlıq edilmədən məqsədyönlü şəkildə vurulması, əsir götürülən mülki İsrail vətəndaşlarının edam edilməsi ilə nəticələnəcək və bu canlı olaraq yayımlanacaq...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN