Gürcüstan prezidenti Salome Zurabişvilinin bəxti bu dəfə də gətirdi və impiçmenti gündəlikdən çıxarıldı...

Tezadkar.az İMEDİ TV- nin saytına istinadla bildirir ki,  "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze telekanala müsahibəsində belə deyib. Kobaxidze deyib: “Gələn həftə Zurabişvilinin impiçmenti ilə bağlı bizdə səsvermə olacaq. Bu prosedurların necə getdiyini görəcəyik. Bilirsiniz ki, Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də gələn həftə impiçment səsverməsi keçiriləndə 100 səs toplamaq praktiki olaraq mümkün deyil”.

Xatırladaq ki, sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Gürcüstan hökuməti səfərlə bağlı razılıq vermədiyi üçün hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb. Lakin siyasi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq prezidentin əleyhinə həyata keçiriləcək addımlar səmərə verməyib. Hökumətin bundan sonra hansı addım atacağı isə bəlli deyil. 

Zurabaşvili bir neçə dəfə həbsdə olan Saakaşvili ilə bağlı müsbət addımlar atılması təşəbbüsü ilə çıxış edib. Lakin hökumət rəsmiləri buna imkan verməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN