Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı müzakirə edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “Rusiya və Türkiyə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın artan tempi məsələlərinə toxunulub”.

Bundan əlavə, prezidentlər Fələstin-İsrail münaqişəsinin pisləşməsini müzakirə ediblər. Putin və Ərdoğan vurğulayıblar ki, Moskva və Ankaranın mövqeləri praktiki olaraq üst-üstə düşür və müstəqil Fələstinin yaradılmasına yönəlib.

Kreml əlavə edib ki, Rusiya prezidenti Ərdoğanı yaxınlaşan Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyi münasibətilə təbrik edib və ölkə vətəndaşlarına rifah arzulayıb.

Sentyabrda Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçidə danışıqlar aparıblar. Rusiya lideri qeyd edib ki, Moskva ilə Ankara arasında münasibətlərin hazırkı inkişaf tempi davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN