"Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün müxtəlif platformalarda danışıqlar gedirdi".
Bu sözləri açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib. Sitat: "Beynəlxalq aləmdə özündə sülhpərəst dövlət imici yaratmaq üçün bəyanatlar verir. Əməllərdə isə təxribat edərək, müxtəlif bəhanələr gətirərək sülh danışıqlarını, sülhün imzalanmaması üçün prosesi uzadır. Paşinyanı hakimiyyətə gətirən dairələr onun üzərindən Cənubi Qafqazda öz siyasi maraqlarını həyata keçirmək istəyirlər. Bu baxımdan Avropa birliyi adına Fransa, Almaniyanın müşahidə qrupu şərti sərhəddə yerləşdirildi. Bu sərhədə gətirilən müşahidəçilərin əksəriyyəti xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən keçmiş hərbiçilərdir. Onlar sərhəddə kəşfiyyat pozuculuq işləri ilə də məşğul olurlar. Təxminən yarım ay bundan əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi belə bir bəyanat yaydı ki, Amerika vətəndaşlarının sərhəd bölgələrinə getməməsi barəsində müraciət etmişdi. Bu müraciəti də ona görə etmişdi ki, onların əldə etdiyi məlumatlara görə sərhəddə gərginliyin baş verəcəyini ehtimal edərək bu bəyanatı vermişdilər. Sərhəddə son gərginliyin yaranması, atəşkəsin pozulması Ermənistan tərəfindən düşünülmüş təxribatın tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini yenidən sərhədə yönəltmək məqsədi daşıyır. Avropa rəsmilərinə Ermənistanın xarici işlər naziri ilə görüşündə Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Yəni təxribat baş verməlidir ki, Azərbaycana qarşı növbəti təzyiq kompaniyasına başlasın. Bəyanatların səsləndirilməsini qeyd etsinlər. Son vaxtlar Fransa və Qərb açıq şəkildə Ermənistanı silahlandırır. Bu silahlanma gələcəkdə Azərbaycan sərhədində təxribat törədərək yenidən müharibə şəraiti yaratmağa hesablanır. Snayperdən atılan güllə, xaricdən alınan güllə kimi ekspertlərin verdiyi rəyə görə xaricdən gətirilən silahlardan atılan güllədir. Ermənistan təcavüzkar dövlət olduğuna görə Ermənistanın silahlandırılması heç bir normaya uyğun deyil. Əslində, Paşinyanı himayə edən dairələr Cənubi Qafqazda sülhün olmasını istəyirlərsə, Paşinyana təzyiq etməlidirlər ki, sülh sazişinə getsin. Təəssüflər olsun ki, Qərb Cənubi Qafqazda stabilliyi pozmağa maraqlıdır. Paşinyanın əlinə siyasi, iqtisadi, hərbi cəhətdən gücləndirirlər. Son vaxtlar sərhəddə təkcə Zəngəzur bölgəsində deyil, Tovuz bölgəsində də atəşkəs pozulur. Ümumilikdə bu gərginliyin yaranması Azərbaycanın növbəti təzyiq kompaniyanın başlanmasına hesablanmış tədbirdir".