Aleksey Navalnının tərəfdaşları Navalnı ilə harada və nə vaxt vidalaşmağın mümkün olacağını bildiriblər.

Tezadlar.az "Komsomolskaya pravda"ya istinadla bildirir ki, Navalnının mətbuat katibi Kira Yarmışın sözlərinə görə, dəfn mərasimi sabah martın 1-də Moskvadakı Borisov qəbiristanlığında olacaq. Dəfn mərasimi saat 14.00-da Maryinodakı "Kədərlərimi söndürün"- Allah Anasının İkonu Kilsəsində keçiriləcək.
Yada salaq ki, Aleksey Navalnının ölüm xəbərini Rusiya Federasiyasının Federal Penitensiar Xidməti fevralın 16-da açıqlamışdır. 

 Kira Yarmış hər kəsi mərasimə qoşulmağa və qəhrəmanlarını sonuncu dəfə yola salmaq üçün, xüsusən də erkən gəlməyə çağırıb. 

 Fevralın 16-da Aleksey Navalnı Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsinin 3 saylı islah əmək koloniyasında dünyasını dəyişib. Həbsxana rəsmiləri onun qəfil ürəkkeçmədən öldüyünü anasına bildiriblər. Fevralın 24-də Navalnının cəsədi anasına təhvil verilib.

Beynəlxalq insan haqları təşkilatları Rusiyanın siyasi rəhbərliyini bu ölüm aktında günahkar biliblər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN