İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, Tehran prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdollahyanın olduğu helikopterin qəzaya uğraması ilə bağlı faciədən sonra Rusiyaya qarşı siyasi kursunu dəyişmək niyyətində deyil.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir.

“Rusiya ilə İran arasında münasibətlər sabitdir, onlar müəyyən beynəlxalq şəraitdə iki dövlətin maraqlarına əsaslanırdı”, - deyə Kənani bildirib.

O vurğulayıb ki, Moskva və Tehran ticarət-iqtisadi aspektdə prioritet olmaqla ikitərəfli və regional əməkdaşlığı inkişaf etdirməyə davam edirlər.

Bundan əvvəl İslam Respublikasının xarici siyasət idarəsinin rəhbəri vəzifəsini icra edən Əli Baqiri Kani bəyan etmişdi ki, İran rəhbərliyi ölkə prezidenti İbrahim Rəisinin seçdiyi siyasi xəttə sadiq qalmaq niyyətindədir. O vurğulayıb ki, Tehran ölkəni beynəlxalq arenada tanıtmaq planlarını həyata keçirməyə davam edəcək. Bu məqsədlə İslam Respublikası Xarici İşlər Nazirliyinin sərəncamında olan bütün vəsait və resurslardan istifadə ediləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN