İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi nüvə proqramı da daxil olmaqla İranın hərbi potensialına qarşı hərbi əməliyyatları davam etdirəcəyinə söz verib... Bu artıq ciddi məsələdir. İranın son məlum hərəkətlərinə məxsusi cavabdır... Yəqinki yaxın günlərdə "kamançanın səsi" səsi çıxacaq... Bu arada isə Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsində (MKM), o cümlədən Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsi Mərkəzi Rabitə Qovşağının Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub. Vətən müharibəsi dövründə komanda məntəqəsindən döyüşlərin fasiləsiz idarə olunması və ordu aviasiyasının döyüş tapşırıqlarının uğurlu icrasına nəzarət həyata keçirilib. Bu da Azərbaycan HHQ-nin döyüş əməliyyatları boyunca düşmən üzərində hava üstünlüyünün saxlanılmasını təmin edib. Baş Qərargah rəisi Peyk Rabitəsi İdarəetmə Mərkəzində də olub. Bildirilib ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.
Baş Qərargah rəisi azad olunmuş ərazilərimizdə yerləşən qoşunlarımızın dayanıqlı və təhlükəsiz rabitəsinin təmin edilməsi ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
*** 
...Bəli, bölgədə yeni gərginlik ocağı yaranır. Amma çanağın kimin başında çatlayacağı indidən bəllidir....
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN