Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahının (bağ evinin) yaxşı isidilməməsi səbəbindən alternativ qızdırıcılar yandırdıqlarını bildirib və bu səbəbdən dövlət büdcəsinin zərərə salınmasından gileylənib.
Nikol Paşinyan Ermənistan hökuməti ilə dövlət büdcəsinin səmərəli bölgüsündən danışıb. Bu kontekstdə o, iqamətgahında istilik olmamasından şikayət etmək qərarına gəlib, hansı ki, dövlət pulu ilə maliyyələşdirilən əlavə istilik vasitələrindən istifadə edilməsini tələb edir.
Paşinyan hökumətin iclasında dövlət büdcəsinin müzakirəsi fonunda şəxsi iqamətgahındakı soyuqdan şikayət edib. “Bizim dövlət bağ evlərindəki bütün evlər qışda düzgün qızdırılmır. Qazı yandırırıq, amma donuruq və normal isinmirik. Əlavə qızdırıcıları işə salmağa məcbur oluruq. Bunun üçün dövlət büdcəsində pul ayrılır, şəxsi büdcəmizdən ödəyə bilmərik”, - deyə Nikol Paşinyan şikayətlənib.
Paşinyan Hökumət binasındakı israfçılıqdan da bəhs edib. O, dövlət büdcəsinin səmərəli xərclənməsi ilə bağlı söhbətə davam edərək qeyd edib ki, hökumət binasında bütün tədbirlər çoxdan başa çatsa da, orada işıqlar yanmağa davam edir.
JASMİN