“Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya prezidenti qiyam ittihamlarını rədd edib.

TEZADLAR.AZ Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Yun Sok Yol dekabrın 12-də televiziya etdiyi yeni çıxışında hərbi vəziyyətin tətbiqi qərarını müdafiə edib və qiyam ittihamlarını rədd edib.

Onun sözlərinə görə, hərbi vəziyyət dövründə Milli Assambleyaya (parlamentə) qoşun yeritmək üsyana bərabər ola bilməz.

Yun, hökumətiin işini iflic edən müxalifətə qarşı "milləti qorumaq və dövlət işlərini normallaşdırmaq üçün" hərbi vəziyyət elan etmək üçün prezident səlahiyyətlərindən istifadə etdiyini və bunu "dərin yoxlanılmış siyasi qərar" adlandırdığını söyləyib.

O, həmçinin istefaya çağırışları rədd edib və müxalifəti impiçment səylərindən sui-istifadə etməkdə və büdcəni azaltmaqda ittiham edib.

“Mənə qarşı impiçment və ya təhqiqat olub-olmamasından asılı olmayaraq, buna qarşı vicdanla duruş gətirəcəm”.

"Əsas müxalifət partiyasının üstünlük təşkil etdiyi Milli Assambleya, azad demokratiyanın konstitusiya quruluşunu məhv edən monstra çevrilib", -Yun deyib.

“Mən sizinlə birlikdə sona qədər mübarizə aparacağam”, - deyə Cənubi Koreya lideri əlavə edib və hərbi vəziyyətə görə yaranmış narahatlığa görə xalqdan bir daha üzr istəyib.

Xatırladaq ki, bir həftə öncə Cənubi Koreyanın altı müxalifət partiyası prezident Yon Sok Yolun ölkədə hərbi vəziyyət elan etdikdən sonra onun impiçmenti üçün Milli Assambleyaya (parlamentə) təklif təqdim etmişdi.

 Müxalifət, həmçinin ölkənin müdafiə naziri Kim Yon Hyunun impiçmentinə başlamaq niyyətində idi, lakin o, istefa verdi. O, ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı bütün hadisələrə görə məsuliyyət daşıdığını bəyan edib. Yonhap-ın məlumatına görə, prezidentə ölkədə hərbi vəziyyət elan etməyi təklif edən də məhz Kim Yon Hyun olub.

Daha sonra Koreya polisinin hərbi vəziyyətin tətbiqi ilə bağlı baş nazir Han Dok Su da daxil olmaqla, kabinetin 10 nazirini dindirməyə çağırdığı barədə məlumat yayıldı...

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN