Gürcüstanda görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir...

"Azərbaycan xalqı xoşbəxtdir ki, dünya siyasətçisi Heydər Əliyevin İlham Əliyev kimi layiqli davamçısı var". Bu sözləri də "Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze Tbilisidə Heydər Əliyevin xatirəsinə həsr olunan fotosərgidə 24News.ge xəbər portalına müsahibəsində bildirib. O, deyib ki, İlham Əliyev ərazi bütövlüyünü bərpa etməklə, xalqın böyük arzusunu yerinə yetirdi: "Bu gün İlham Əliyev atasının layiqli davamçısıdır. O, da Gürcüstanın böyük dostudur. İlham Əliyevin bir il öncə işğalda olan torpaqların azad edilməsinə nail olması , 100 ildə bir baş verən hadisədir. Azərbaycan xalqına və prezidentinə uğurlar arzulayıram! İnanıram ki, bundan sonra da Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirilməyəcək. Din və dilimiz ayrı olsa da, gürcü və Azərbaycan xalqlarını möhkəm dostluq bağlayır", - deyə N. Burcanadze bildirib. Xatırladaq ki, Tbilisidə yerləşən Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində “Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərgi açılıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN