Xəbər verildiyi kimi, bu gün dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycanın prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş baş tutub.

 Ş.Mişel dövlət başçısı İlham Əliyevi qarşıladı. Sonra birgə foto çəkdirilib.  Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Şarl Mişelin Azərbaycana səfəri xatırlanıb, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirib. Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Beləliklə, 44 günlük Zəfər müharibəsində işğalçı Ermənistan üzərində qazandığı qələbə Azərbaycanın beynəlxalq nüfuzunu ən yüksək pilləyə qaldırmışdır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN