Teleaparıcı Vladimir Solovyovun Azərbaycan əleyhinə hədyanları hər kəsə bəllidir... 

Amma yeri gəldikcə cavabı layiq olduğundan artıq verilir. Aktyor Mixail Yefremovu müdafiə etdikdən sonra məşhurlaşan qalmaqallı Azərbaycan əsilli rusiyalı vəkil Elman Paşayev jurnalist və teleaparıcı Vladimir Solovyovu tənqid edib. Jurnalistin onunla döyüşmək istəmədiyini soruşduqda, Elman Paşayev gəncliyində idmançı olduğunu belə cavablandırıb: “Mən idman ustalığına namizəd olmuşam, amma təəssüf ki, 33 il idmandan uzaqlaşmışam.. Bəs niyə mən proqramınız vasitəsi ilə Solovyovu çağırdım... O, özünü sərt idmançı, karateçi kimi təqdim edir. Yəqin fikir verirsiniz, cürbəcür təkərləri, zibil qablarını, daşları qaldırır. Elman Paşayev vurğulayıb ki, bir dəfə ondan Solovyovla eyni çəkini qaldıra bilib-bilmədiyini soruşublar: “Cavab verdim ki, mən eşşək deyiləm ki, yük qaldırım. Yükü atlet yox, eşşək qaldırır...”.

Bax belə...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN