Nəhayət, Ermənistanda Arazdin-Meğri dəmir yolunun bərpası üçün işçi qrup yaradılıb. Müvafiq qərarı baş nazir Nikol Paşinyan verib.

“Ermənistan dəmir yolunun Yerasx (Arazdin – red.) – Azərbaycan Respublikası – Meğri hissəsinin bərpası proqramının səmərəli həyata keçirilməsi üçün işçi qrupu yaradın, onun fərdi tərkibini təsdiq edin”, - deyə Sputnik Ermənistan sənəddən sitat gətirir.

Qrupa 10 nəfər daxil olub, Ermənistanın İrandakı keçmiş səfiri, Paşinyanın müşaviri Artaşes Tumanyan onun rəhbəri olub. O, rübdə bir dəfə görülən işlərlə bağlı hesabat təqdim etməli olacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN