...Ermənistan siyasətində ciddi dəyişiklər baş verir...
Təbii ki, Qarabağdakı əməliyyatlardan sonra... Ermənistan prezidenti postundan istefa verdiyini elan edən Armen Sarkisyanı isə müvəqqəti olaraq Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan əvəz edəcək. Ermənistan konstitusiyasına əsasən, “respublikanın prezidenti vəzifəsindən kənarlaşdırıldıqda, səlahiyyətlərini həyata keçirə bilmədikdə, istefaya getdikdə və ya öldükdə, respublikanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər, respublika prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirir”.
Ermənistan Konstitusiyasının 126-cı maddəsində deyilir ki, “növbədənkənar prezident seçkiləri respublika prezidenti vəzifəsi üçün vakant yer açıldıqdan sonra iyirmi beşdən gec olmayaraq və otuz beş gündən gec olmayaraq keçirilir”.
Bəs yeni Prezidentin səlahiyyətləri üstündə dava salanlar indi nə edəcək? Baş nazir Paşinyan buna imkan verəcəkmi???
A.Məmmədli