"Ermənistan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalıdır".

Bu barədə hakim Mülki Müqavilə Partiyasından prezidentliyə namizəd Vaaqn Xaçatryan Ermənistan ictimai televiziyasına müsahibəsində bildirib. Xaçatryan qonşularla müharibə, hətta mübahisə etməyi təsəvvür edə bilmir. "Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür", - o deyib. O, müxalifətin "Ermənistanı sülhə məcbur edirlər" tezisini köhnəlmiş adlandırıb. "Ermənistan vətəndaşları anlamalıdırlar ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq da, sülhə can atmalıyıq, başqaları ilə münasibətlərdə bunu əldə rəhbər tutmalıyıq", - Khachatryan deyib. Ermənistan-Türkiyə prosesinə gəlincə, o, buna çox müsbət yanaşır. "Onu davam etdirmək lazımdır, nəticədə proses iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq", - Xaçatryan bildirib. 

Bəli, Azərbaycanın 44 günlük Zəfər müharibəsi yüz illərdir qonşularına saxta torpaq iddialı Ermənistana anlatdı ki, bu ölkə feyk iddialarından əl çəkməlidir... Nə yaxşı gec də olsa, bunu anlayanlar var...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN