Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini təsdiq edib.
Bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin "Resmi Gazete"də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.
Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.
E.ŞİRİNOV