booked.net booked.net  

Rusiya-Ukrayna münasibətlərindəki gərginlik fonunda bir sıra dövlətlərin öz vətəndaşlarını Ukraynanı tərk etmək çağrışı yerli sahibkarlar və oliqarxlar arasında da panika yaradıb...

Elə bu səbəbdən Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edən və ya getməyi planlaşdıran bütün dövlət qulluqçularına müraciət edərək, onları 24 saat ərzində geri qayıtmağa çağırıb, çünki xalq onlara “ölkəni idarə etməyi və onu qorumağı” əmanət edib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. O bildirib ki, Ukrayna xalqı onları dövləti idarə etmək üçün deyil, həm də qorumaq üçün onlara etibar edib: "Mən ölkəni tərk etmiş və ya yaxın gələcəkdə bunu etməyi planlaşdıran bütün dövlət nümayəndələrinə, dövlət qulluqçularına, bütün səviyyələrdə olan xalq deputatlarına müraciət edirəm. Ukrayna xalqı sizə təkcə dövləti idarə etməyi deyil, həm də onu qorumağı etibar edib, belə bir vəziyyətdə bizimlə, Ukrayna xalqı ilə birlikdə olmaq sizin birbaşa borcunuzdur. İndi sizi 24 saat ərzində Vətənə qayıtmağa və Ukrayna ordusu ilə, diplomatiyamızla, xalqımızla birlikdə çiyin-çiyinə dayanmağa dəvət edirəm”, - deyə Zelenski videomüraciətdə bildirib. Zelenski eyni zamanda daha əvvəl Ukraynanı tərk etmiş oliqarxlara müraciət edib. O bildirib ki, bu gün hər kəs Ukrayna vətəndaşı kimi sınaqdan keçirilir. Prezident iş adamlarını belə bir sınaqdan ləyaqətlə keçməyə çağırıb: "Sizin gücünüz pulunuzda, təyyarələrdə deyil, göstərə biləcəyiniz vətəndaş mövqeyindədir. Xalqınıza və ölkənizə qayıdın, hansıların ki, sayəsində fabriklər aldınız, sərvətlər topladınız", - deyə dövlət başçısı əlavə edib. Volodimir Zelenski həmçinin ölkə mediasına müraciət edərək, onları ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb.

Artıq bu səslənmə bəhrəsini verməkdədir. "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, ölkəni tərk etmiş tanınmışlardan bir çoxu geri qayıtmağa başlayıb...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN