Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.
Haber-Türk-ün verdiyi xəbərə görə, o, bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib. Türkiyəli nazir Ceyhun Bayramovu COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə planlaşdırılan Azərbaycan səfərini təxirə salmaq məcburiyyətində qaldığına dair məlumatlandırıb.