booked.netbooked.net booked.net  

Ukrayna prezidenti Vladimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ukraynaya Rusiya tərəfində ehtimal edilən hücum ərəfəsi danışıb.

Bu barədə Ukrayna Prezidenti Aparatının rəsmiləri məlumat yayıb. Ukrayna prezidenti hələlik başqa təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Lukaşenko fevralın 27-də ölkəsinin ərazisindən Ukraynaya raketlərin buraxıldığını təsdiqləyib və Belarus ordusunun Ukraynanı işğal edəcəyi ilə hədələyib. Bundan əlavə, Lukashenka bazar günü Belarusda keçiriləcək konstitusiya referendumu ilə bağlı belaruslara müraciətinə görə Zelenskini danlayıb. Lukaşenko deyib ki, Ukraynada ruslar və belaruslar tutulub döyülür. Beləliklə, onun sözlərinə görə, Ukrayna “Belarusu öz vətəndaşlarını qorumaq üçün xüsusi əməliyyata sövq edir”.
 Bazar günü səhər Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya nümayəndə heyətinin Ukrayna ilə danışıqlar aparmaq üçün Belarusa gəldiyini söyləmişdi. Lakin Zelenski belə bir görüşün Budapeşdə, İstanbulda və ya Bakıda mümkün ola biləcəyini bəyan etmişdir.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN