Ukraynanın “qaçaq” prezidenti Viktor Yanukoviç hazırda Minskdədir.

Ukrayna kəşfiyyatının məlumatına görə, hazırda Kreml onu xüsusi əməliyyata hazırlayır.

Bunu "Ukrainskaya pravda"ya Ukrayna kəşfiyyatında olan həmsöhbəti bildirib.

Qeyd olunur ki, ssenarilərdən birinə görə, onu orada “Ukrayna prezidenti” elan etməyə çalışacaqlar. Sayt bildirir ki, əldə edilən məlumatlar Kreml tərəfindən yaxın vaxtlarda eks-prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin dərc edilməsi ilə bağlı hansısa informasiya əməliyyatı və ya aksiyanın hazırlana biləcəyinə işarə edir.

***

Xatirladaq ki, Viktor Fyodoroviç Yanukoviç 1950-ci ildə Donetskdə - Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. O,  2002–2005, 2006–2007-ci illərdə Ukraynanın Baş naziri olub.

2006-cı il Viktor Yanukoviç və onun partiyası parlament seçkilərində uğur qazanıb, Ali Radada ən böyük fraksiyanı yaradıb. Böhran əleyhinə koalisiyası yaradılıb və Viktor Yanukoviç yenidən baş nazir kürsüsünə əyləşib. Məlumatlara görə, Baş nazir dərhal prezident Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürütməyə başlayıb. Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edib ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənib. 2007-ci ildə Viktor Yuşşenko Ali Radanı buraxıb, deputatları Konstitusiyaya zidd hərəkətlərdə ittiham edib. 2007-ci il seçkilərində Viktor Yanukoviç baş nazir postunu itirib və yenidən müxalifətə keçib. Hökumətə Yuliya Timoşenko rəhbərlik etməyə başlayıb.

2010-cu il prezident seçkilərində Viktor Yanukoviç və Yuliya Timoşenko qələbə qazanmağa potensial namizədlər sayılırdılar. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək, Ukrayna Respublikasının 4-cü prezidenti olmuşdur.

22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçmış və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilmişdir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN