Ukraynalılar Rusiyanın müharibə planını ələ keçiriblər.
Məxfi sənədlərə görə, Ukraynaya qarşı müharibə planı yanvarın 18-dən hazırlanıbmış və həyata keçirilən hərbi əməliyyat 15 günə bitməliiymiş...
Ukraynalılar Rusiya Federasiyası Qara Dəniz Donanmasının 810-cu dəniz piyada briqadasının batalyon taktiki qrupunun bölmələrindən birinin, Ukraynaya qarşı müharibə üçün yanvarın 18-də təsdiq edilmiş plan sənədlərini ələ keçiriblər.
Bu barədə Ukrayna KİV-i Ukraynanın Birləşmiş Qüvvələr Komandanlığının Facebook-dakı paylaşımına istinadən məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinin uğurlu fəaliyyəti sayəsində, rus işğalçıları, təkcə texnika və canlı qüvvəsini itirmirlər, həm də həyəcan içində gizli sənədləri atıb gedirlər.
Beləliklə, Rusiya Federasiyası Qara Dəniz Donanmasının dəniz piyadalarının 810-cu briqadasının batalyon taktiki qrupunun bölmələrindən birinin plan sənədləri bizim ixtiyarımızdadır.
Qəbul edilən sənədlər arasında iş xəritəsi, döyüş tapşırığı, çağırış nişanı cədvəli, nəzarət siqnal cədvəlləri, gizli idarəetmə cədvəlləri, şəxsi heyətin siyahısı və digərləri var.
Alınan məlumatlardan məlum olur ki, Ukrayna ilə müharibənin planlaşdırılması sənədləri hələ 18.01. 2022-ci ildə təsdiqlənib. Ukraynanın özünün ələ keçirilməsi əməliyyatı isə 15 gün ərzində, daha doğrusu fevralı 20-də saat 06.03-ə qədər həyata keçirilməli idi".
Məlumatda qeyd edilir ki, Rusiya Federasiyasının Qara Dəniz Donanmasının bu bölməsi Stepanovka-1 qəsəbəsi ərazisindəki "Orsk" böyük desant gəmisindən enməli və sonra RF-nin 58-ci ordusunu hərbi hissələri ilə, daha dəqiqi RF Qara Dəniz Donanmasının 177-ci dəniz piyada alayı ilə birgə hərəkət etməli imiş...
Xatırladaq ki,fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.
JASMİN