Rusiyanın Ukraynaya qarşı elan edilmiş müharibəsi bölgədə və dünyada ekstremal vəziyyət yaradıb...

Rusiya faktiki olaraq dünyadan təcrid vəziyyətdədir və Ukraynaya dəstək yolları axtarılır, kömək olunur. Belə ki, ABŞ Polşa vasitəsilə Ukraynaya qırıcı təyyarələrin verilməsi imkanını müzakirə edib. Bu barədə Ağ Evin sözçüsü CNN-ə açıqlamasında danışıb. "ABŞ-ın Ukraynaya döyüş təyyarələri  göndərilməsinə  qərar verərsə, Polşaya dəstək vermək üçün hansı imkanları" müəyyən edəcək, bu barədə müzakirələr davam edir".

Ağ Ev sözçüsü qırıcı təyyarələrin Ukraynaya göndərilməsinin “hər bir ölkənin verə biləcəyi müstəqil qərar” olduğunu bildirib və qeyd edib ki, bir çox logistika məsələləri, xüsusən də təyyarələrin Polşadan Ukraynaya necə ötürüləcəyi üzərində işləmək lazım gəlir. 

Sosial mediada isə bu dəstəyin artıq reallaşdırıldığı barədə məlumatlara rast gəlinməkdədir... Amma o da faktdır ki, 2 gündür döyüş meydanlarında əvvəlki vaxtlarla müqayisədə şiddətli atışmalar və ya raket zərbələri az eşidilir. Rusiya ilə Ukrayna arasında danışıqlar isə davam etməkdədir. 

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN