Ukrayna cəbhəsində qanlı müharibə davam edərkən, Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.
"Təzadlar" xatırladır ki, bu barədə "Fransa 5" televiziyasının efirində Le Drian bəyan edib. XİN rəhbəri deyib: “Düşünürəm ki, Ukrayna qalib gələcək.... Artıq on gündür ki, ən təsirlisi, hərbi-siyasi ekspertlərin belə təsəvvür edə bilmədiyi miqyasda Ukraynanın müqavimət göstərməsidir”.
“Müharibənin qiyməti dözülməz olacaq və prezident Putin nə vaxtsa seçim qarşısında qalacaq: ya Rusiyanın bundan sonrakı hərbi irəliləyişi üçün əhəmiyyətli nəticələr əldə etmək, ya da danışıqlara başlamaq”.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Entoni Blinken də əmindir ki, Ukrayna Rusiya ilə Putinin planı ilə getməyən müharibədə qalib gəlməyə qadirdir.
Müharibə isə getdikcə dərinləşir.
A.Məmmədli