ABŞ kəşfiyyatı Putinin Ukrayna davranışını izləməkdə və proqnoz verməkdə davam edir...

Kəşfiyyat məlumatlarında bildirirlir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumu gücləndirməyə başlaya bilər. "Təzadlar" xatırladır ki, bu barədə "Amerikanın Səsi" ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin dinləmələrində ABŞ kəşfiyyat icmasının liderlərindən birinə istinad edərək yazıb. "ABŞ-ın ilkin hesablamalarına görə, Ukraynadakı müharibədə 2000-4000 arası rus əsgəri ölə bilərdi. Milli Kəşfiyyatın direktoru Avril Hayns qeyd edib ki, amma vəziyyət əksinə oldu və indiki halda Kreml pərtdir, “Putinin bu cür uğursuzluqlardan çəkinməsi ehtimalı azdır və o, Ukraynanın tərksilahına nail olmaq üçün səylərini ikiqat artıra bilər”. Gərginliyin bu qədər yüksək olduğu bir vaxtda, "lazımsız və qəsdən eskalasiya" ehtimalı həmişə var, -deyə Haynes deyib. Deməli, Putindən hər şeyi gözləmək olar...
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns isə deyib ki, Putinin indi “qəzəbli və əsəbi olduğunu” bilmək lazımdır və o, yəqin ki, ikiqat addım atacaq və mülki itkilərə məhəl qoymadan Ukrayna ordusunu əzməyə çalışacaq. Eyni zamanda, Burns və Mərkəzi Kəşfiyyat İdarəsinin analitikləri də Putinin Kiyevi ələ keçirmək və Vladimir Zelenski hökumətini moskvayönlü marionet rəhbərliklə əvəzləmək məqsədinə necə nail ola biləcəyini görmürlər.
Beləliklə, Rusiya indi həm Ukraynanı ələ keçirmək istəyir, həm də gözləmədiyi hərbi itkilərinə bəraət qazandırmaq üçün yollar axtarır...

A.Məmmədli 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN