Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı 50 dəqiqəyə yaxın davam edib.

Bu barədə CNN məlumat yayıb. Xəbər verilir ki, bu iki liderlər arasında ən uzun söhbətdir: "Adətən onların telefon danışıqları 30-40 dəqiqə çəkir. Amma bu dəfə görünür, ciddi müzakirələr olub...".
Nəşr iki hökumət mənbəsinə istinadən onu da qeyd edir ki, belə uzun söhbətin səbəblərindən biri Amerika tərəfinin Rusiya Federasiyası ilə ticarəti məhdudlaşdırmaq üçün atdığı addımları ətraflı izah etmə zərurəti olub. Öz növbəsində, Vladimir Zelenski Bayden ilə söhbəti Twitter səhifəsində yazaraq, həm hərbi əməliyyatların gedişi barədə məlumat verməyə, həm də yeni sanksiyaların müzakirəsinə diqqət yetirməyə çalışıb. Sitat: "Mən ona döyüş meydanındakı vəziyyəti, Rusiya Federasiyasının mülki əhaliyə qarşı cinayətlərini qiymətləndirdiyim barədə məlumat verdim. Biz Ukraynaya müdafiə dəstəyi göstərmək və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün gələcək addımlar barədə razılığa gəldik".

Bu isə o deməkdir ki, qarşıda Rusiyanı ciddi sınaqlar gözləyir. Bütün bunlara dəyərdimi?

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN