Rusiyanın Ukraynaya qarşı gözlənilməz və ədalətsiz müharibəsi dünya ictimaiyyətinin qəzəbi ilə müşaiyət olunur.
Ona görə də dünyanın bir çox ölkələrindən Ukraynaya kömək məqsədi ilə döyüşçülər axın etməkdədir. Ukrayna Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, hazırda Ukrayna cəbhəsində dünyanın 52 ölkəsindən döyüşçü var. Bu barədə müdafiə nazirinin müavini Anna Malyar da mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, bunlar Polşa, Baltikyanı, Skandinaviya və digər ölkələrdən olan hərbçilərdir. Könüllülər Rusiyaya qarşı döyüşmək üçün Beynəlxalq Legionun sıralarına qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Daha sonra legionerlər xüsusi hazırlıq keçir, sonra isə hərbi hissələr formalaşdırılır.
Xatırladırıq ki, "Təzadlar"ın əməkdaşı, Qarabağ döyüşlərinin veteranı, topçu batareyasının sabiq komandiri Elçin Məmmədli də bu döyüşlərdə Ukraynaya dəstək vermək üçün Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib.
A.Məmmədli