Rusiya müharibə başlayandan bəri Ukrayna ordusu rəqibin 2593 hərbi texnikasını məhv edib ki, bu da 5 milyard dollar və ya 700 milyard rubl dəyərində qiymətləndirilir.

"Təzadlar" bildirir ki, bu barədə “Forbes Ukraine”nin qiymətləndirməsində deyilir. Bu texnikalara 58 təyyarə, 83 helikopter, 363 tank və 1205 zirehli döyüş maşını (AFV) aiddir. Pul ifadəsində isə, ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i isə zirehli döyüş maşınlarının payına düşüb. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, AFV-lərə isə 0,7 milyard dollara, təyyarələr və helikopterlər birlikdə 2,4 milyard dollara başa gəlib. "...Vurulan təyyarələrin markaları hələlik məlum deyil. Rusiya Federasiyası ilə ticarət ediləni nəzərə alsaq, 11 milyon dollara Su-25, Su-30 - 33 milyon, Su-34 - 36 milyon dollaradır. Ukrayna Silahlı Qüvvələri Vasilkov yaxınlığında və Kropivnitski yaxınlığında iki böyük İl-76 desant təyyarəsini də vurub. Hər birinin dəyəri 86 milyon dollardır", -deyə Forbes-in məlumatında deyilir.

 Həmçinin nəşr Ukraynada istehsal olunan raketlərin dəyərini hesablamaya daxil etməyib. Təkcə Rusiya qüvvələrinin istifadə etdiyi “İsgəndər” ballistik raketləri və “Kalibr” qanadlı raketlər təxminən 3 milyard dollara başa gəlib. Ukrayna ordusu Rusiya ordusunun tanklarını, zirehli transportyorlarını və digər texnikasını ələ keçirib. Onları təmir edən və yenidən təchiz edən “Ukroboronprom” ələ keçirilən texnikanın dəqiq sayını verməkdən imtina edib, lakin nəşrə bildirilib ki, bu, “çoxlu sayda”dır və həmin texnikalar tez bir zamanda təmir edilərək Ukrayna hərbçilərinin istifadəsinə verilir.
"Ukroboronprom"un rəhbərinin müşaviri Vladislav Krıkliy deyir: "Gövdənin bir hissəsi və ya tırtıl zədələnibsə, bu, tez bir zamanda həll edilə biləndir, lazımi komponentlərlə heç bir problemimiz yoxdur", -deyə qeyd edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN