"İran-Azərbaycan münasibətlərində yaradılan yeni prosesi nəzərə alaraq iki ölkə əlaqələri daha da möhkəmlənəcək".

Bunu İranın Xarici İşlər Nazirliyinin protokollar üzrə idarəsinin baş direktoru Mehdi Honərdust deyib.

M.Honərdustun sözlərinə görə, İranın xarici siyasətinin əsas hissəsini region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi təşkil edir. İranın qonşu ölkələrlə münasibətlərinin əhəmiyyəti heç kimə gizli olan məsələ deyil.

Nazirlik rəsmisi bildirib ki, İranın Azərbaycanla çoxlu bağları var. Bu baxımdan Azərbaycan İran üçün böyük əhəmiyyət kəsb edir.

“İran bu baxımdan iqtisadi, siyasi və təhlükəsizlik münasibətlərinin gücləndirilməsi üçün daha çox səylərin göstərilməsinin tərəfdarıdır”, - deyə M.Honərdust vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN