Rusiyanın “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov Nobel mükafatını hərraca çıxararaq satır ki, ondan əldə olunan gəlir Rusiyanın başlatdığı müharibədən qaçqın düşmüş ukraynalılara yardım kimi verilsin...

Nikvesti.com-un məlumatına görə, bu barədə Dmitri Muratov özü köşə yazısında bildirib. Muratov vurğulayıb ki, o, Rusiya ordusunun hərəkətlərindən zərər çəkmiş Ukraynanın mülki əhalisinə kömək etməyə özünü borclu hesab edir. "Dünyaca məşhur olan bu mükafatı hərraca çıxaracaq Hərrac Mərkəzlərindən xahiş edirəm, bu işdə mənə kömək etsinlər", - deyə o, bildirib. Baş redaktor eləcə də Kremldən atəşkəs, humanitar dəhlizlərin yaradılması və əsirlərin mübadiləsinin təşkilini tələb edib.
 Nobel Komitəsi Sülh Nailiyyətinə görə mükafatı filippinli jurnalist Mariya Resse və “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratova vermişdir.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN